04.06.2022
Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Zərif Qayıbov adına 5 nömrəli uşaq musiqi məktəbinin müəllimi Sevinc Hüseynovanın şagidlərindən ibarət 1 iyun Beynəlxalq Uşaq Müdafiə günü münasibətilə “Uşaqlar bizim gələcəyimizdir” adlı konsert keçirilmişdir.Konsertdə Azərbaycan,Rus və Avropa bəstəkarlarının əsərləri səslənmişdir.Fortepianoda 4-cü sinif şagirdləri Məlikli Rəfiqə,Qəribova Ayan-Frans Şubert “Uşaqlar marşı” ifa etdi.5-ci sinif şagirdi Ələkbərova Səma-Vasif Adıgözəlov “Prelüd-1”.7-ci sinif şagirdi Qasımova Aylin-Qara Qarayev “Prelüd-3,4”.Fortepianoda ifa etdi Ələkbərova Səma,kamançada müşayiət etdi Tağızadə Pərvanə-Süleyman Ələsgərov”Bilsəm sən gəlirsən”. Fortepianoda ifa etdi Qasımova Aylin,skripkada müşayiət etdi müəllim Əliyeva Lamiyə-V.A.Motsart”Rondo”.İfa etdi 3-cü sinif şagirdləri İsayeva Mələk,Baratzadə Səma-Con Donalson”That is my baby”.Konsertin sonunda 7-ci sinif şagirdi Qasımova Aylin -Faiq Sücəddinovun “Vətən balladası”əsərini ifa etdi və bütün şagirdlər səhnəyə dəvət olundu.